CƏMİYYƏT


“Aljazeera” telekanalı: Ağdamlılar doğma evlərinə qayıdacaqlarına əmindirlər

Nüfuzlu “Aljazeera” telekanalında “Ağdamın bərpası: Azərbaycan hökuməti dağıdılmış şəhəri yenidən qurmaq niyyətindədir” sərlövhəli reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, reportajda vaxtilə bölgənin ən inkişaf etmiş rayonlarından biri olmuş Ağdamın işğal nəticəsində xarabalığa çevrildiyi qeyd edilib.
Ağdamın yaşlı sakini Rövşən Şükürov telekanala müsahibəsində bildirib ki, işğaldan əvvəl Azərbaycanın ən gözəl guşələrindən biri olan Ağdam şəhəri dağların əhatəsində yaşıllıqlara bürünmüş yaşayış məskəni olub.