CƏMİYYƏT


Cəlilabadda kütləvi taxıl biçini kampaniyası yekunlaşmaq üzrədir

Respublikanın iri taxılçılıq rayonu olan Cəlilabadda kütləvi taxıl biçini kampaniyası davam edir. Sahələrdə bol məhsul yetişdirilib. İndi əsas vəzifə məhsulu tez və itkisiz toplamaqdır.AZƏRTAC xəbər verir ki, Cəlilabad rayonunun taxılçıları builki taxıl biçininə uğurla başlayıblar. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə, torpaq mülkiyyətçiləri bu il 66 min 570 hektar sahədə taxıl bitkiləri becəriblər. Onun 56 min 500 hektarı buğda, 5 min 200 hektarı arpa, 4870 hektarı isə vələmir bitkisidir.