CƏMİYYƏT


Kəşfiyyatçı İlyas Nəsirovun qəhrəmanlıqla dolu döyüş yolu

Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində şəhid Nəsirov İlyas Arzuman oğlunun doğum günü münasibətilə tədbir keçirilib. Nəsirov İlyas Arzuman oğlu 1985-ci ilin iyul ayının 4-də Beyləqan rayonu Milabad kəndində dünyaya göz açıb. Hələ uşaq yaşlarından vətənpərvər ruhda böyüyən İlyas həmyaşıdlarından seçilib.