CƏMİYYƏT


Baş Prokurorluq yanğın hadisələrinin sayının artması ilə əlaqədar əhaliyə müraciət edib

Azərbaycan Respublikasının Baş Prokurorluğu son dövrlər ölkə ərazisində yanğın hadisələrinin sayının artması ilə əlaqədar əhaliyə xəbərdarlıq məqsədilə növbəti videoçarx yayımlayıb.
AZƏRTAC Baş Prokurorluğun mətbuat xidmətinə istinadla xəbər verir ki, videoçarxda istehsalatda, məişətdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmaması, elektrik, qaz cihazı, qurğuları və sobalarının quraşdırılması və istismarı qaydalarının pozulması, müəyyənləşdirilmiş standartlara cavab verməyən elektrik xətlərinin quraşdırılması və istismarının baş vermiş hadisələrin əsas səbəblərindən olduğu diqqətə çatdırılıb. Həmçinin videoçarxda elektrik təchizatına məsul şəxslərdən bu sahədə norma və qaydalara riayət edilməsi tələb olunur.