SİYASƏT


Azərbaycan Ordusunda ehtiyata buraxılan hərbi qulluqçuların yola salınması mərasimi keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 31-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” müvafiq sərəncamının icrası Azərbaycan Ordusunda həyata keçirilir.
Bununla əlaqədar işğaldan azad olunan ərazilərdə yerləşən hərbi hissələrdən birində ordudan tərxis olunan hərbi qulluqçuların yola salınması münasibətilə “Əsgər, xidmətinə görə sağol!” adlı tədbir keçirilib.