CƏMİYYƏT


Oliver Varhelyi: Avropa İttifaqı regionda sülhə töhfə verməyə hazırdır

Azərbaycan öz tolerantlığı, din-dövlət münasibətləri baxımından dünyada nadir dövlətdir. Ölkəmizdə dinə və dindarlara xüsusi dövlət qayğısı var. Burada bütün dinlərə mənsub insanlar təhlükəsiz şəraitdə yaşayırlar.AZƏRTAC xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iyulun 8-də Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşündə deyib. Qarabağın erməni işğalından azad olunmasından danışan QMİ sədri qeyd edib ki, azad edilmiş torpaqlardakı 67 məsciddən 65-i dağıdılıb. Məscidlərimiz tövlə kimi istifadə edilib.