CƏMİYYƏT


Saatlı arıçıları may balını süzürlər, bol məhsul var

Saatlıda arıçılar may balını süzürlər. Ötən illə müqayisədə bu il məhsul daha boldur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, indi arıçılar qutuları baxışdan keçirir, dolu şanlar yığılaraq üzəri mumlardan təmizlənir. Daha sonra xüsusi cihaza yerləşdirilərək süzülür. Boş şanlar isə yenidən qutulara yığılır.