CƏMİYYƏT


Binəqədi rayonunda azyaşlıya qarşı soyğunçuluq edilib

Paytaxtın Binəqədi rayonunda azyaşlıya qarşı soyğunçuluq edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Zərərçəkənin valideyni Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, metronun “Azadlıq” stansiyasının yaxınlığında övladına yaxınlaşan 1 nəfər soyğunçuluq, yəni özgənin əmlakını açıq talama yolu ilə mobil telefonunu əlindən alıb. Məlumat daxil olan kimi bölmənin əməkdaşları tərəfindən hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Elvin İmanov qısa zamanda saxlanılıb.