CƏMİYYƏT


Düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edən XTQ-nin şəhid zabiti Nəbi Hüseynov

Bu gün Vətən müharibəsi şəhidi Qazax rayonunun Birinci Şıxlı kəndindən olan Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Nəbi Hüseynovun doğum gündür. Nəbi Hüseynov Aprel döyüşlərində də iştirak edib, Vətən müharibəsində isə Murovdağ, daha sonra Hadrut istiqamətində döyüşlərə qatılıb.AZƏRTAC xəbər verir ki, Nəbi Hüseynov XTQ-nin “N” saylı hərbi hissəsində qrup komandiri, koordinat üzrə mütəxəssis olub.