CƏMİYYƏT


Xızıda oğuluq edən şəxslər saxlanılıb

Xızı Rayon Polis Şöbəsinə rayonun Altıağac qəsəbə sakini Q.Cəbiyevə məxsus bir baş qoyunun naməlum şəxslər tərəfindən oğurlandığı və həmin şəxslərin “Ford Tranzit” markalı nəqliyyat vasitəsi ilə Bakı şəhəri istiqamətində hərəkət etdikləri barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə faktla əlaqədar dərhal əməliyyat tədbirləri həyata keçirilib və onların saxlanılması istiqamətində tədbirlər görülüb.