CƏMİYYƏT


DİN: Son üç gündə paytaxtda 300-dək şadlıq sarayında yoxlamalar aparılıb

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, bu il iyulun 1-dən müəyyən qaydalara əməl olunmaqla toy şənliklərinin keçirilməsinə icazə verilib. Lakin aparılan yoxlamalar nəticəsində bəzi şadlıq saraylarında həmin qərardan irəli gələn tələblər pozularaq, toyların təşkili zamanı “icaze.e-gov.az” portalında qeydiyyatın olmaması, icazə verilən saydan artıq qonağın iştirak etməsi, mərasimlərə qatılan bəzi şəxslərin vaksinasiyadan keçmələrini təsdiqləyən müvafiq sənədin olmaması, eləcə də şənliklərin saat 24:00-dan sonra da davam etməsi müəyyənləşdirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilib.