CƏMİYYƏT


Polis metroda maska taxmayanlara qarşı nəzarəti gücləndirib

“İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq, metro stansiyalarında və qatarlarda tibbi maska taxılmalı və sosial məsafə gözlənilməlidir. Polis metroda maska taxmayanlara qarşı nəzarəti gücləndirib. Tibbi maskadan düzgün istifadə etməyən sərnişinlərə polis əməkdaşları tərəfindən xəbərdarlıq olunub. Xatırladaq ki, metro stansiyalarında və qatarlarda tibbi maska taxmayan vətəndaşlar qanunvericiliyə müvafiq qaydada inzibati məsuliyyət daşıyır.