CƏMİYYƏT


İsmayıllıda şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub

İsmayıllı rayonunun Kürdmaşı kəndində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində rayon icra hakimiyyətinin başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi, rayon təhsil şöbəsinin, gənclər və idman idarəsinin kollektivləri, şəhid ailələri, qazilər, hərbçilər və müharibə iştirakçıları, müəssisə və təşkilatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.