DÜNYA


İraqda koronavirus xəstəxanasında baş verən yanğında ölənlərin sayı artır

İraqın Nəsiriyyə bölgəsindəki koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub.AZƏRTAC İraq Xəbər Agentliyinə istinadla bildirir ki, Dhi Qar vilayətindəki “İmam Hüseyn” xəstəxanasında baş verən yanğında xeyli sayda ölən və yaralanan var.Yanğının oksigen balonunun partlaması səbəbindən baş verdiyi ehtimal olunur. Yanğınsöndürənlər yanğının yayılmasının qarşısını ala biliblər.Hadisə ilə əlaqədar bölgənin Səhiyyə Nazirliyi fövqəladə vəziyyət elan edib.