CƏMİYYƏT


Tovuz döyüşlərində şəhidlik zirvəsinə yüksələn Xəyyam Daşdəmirov

Ötən il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi ələ keçirmək məqsədilə artilleriyadan istifadə etməklə hücuma keçməyə cəhd göstərmişdi. Lakin Azərbaycan Ordusunun adekvat tədbirləri nəticəsində düşmənə tutarlı zərbələr endirildi və o, itki verərək geri çəkilməyə məcbur edildi. Həmin döyüşdə ordumuzun baş çavuşu Vüqar Sadıqov və baş əsgər Elşad Məmmədov qəhrəmancasına şəhid olub, beş hərbi qulluqçumuz isə yaralanıb. Yaralılara vaxtında ilkin yardım göstərilərək döyüş meydanından təxliyə edilsələr də, onlardan biri - gənc əsgər Xəyyam Daşdəmirov az sonra şəhid olmuşdu.