DÜNYA


Çində saatda 600 kilometrə qədər sürət yığa bilən qatar istifadəyə verilib

Çində ilk maqnit levitasiya qatarı istifadəyə verilib.AZƏRTAC xəbər verir ki, saatda 600 kilometrə qədər sürət yığa bilən qatar ilk hərəkətini Çinin şərqindəki Şandonq əyalətinin Qinqdao şəhərinə edib.Xinhua agentliyinin məlumatına görə, yeni qatarın modeli tamamilə ÇXR mütəxəssisləri tərəfindən hazırlanıb, sınaqlara isə 2020-ci ilin iyununda başlanılıb. Maqnetik levitasiya qatarı təkərlər ilə relslər arasında sürtünmənin olmaması səbəbindən daha az səs-küy salır. Minimum dönmə radiusu metro qatarlarının dönmə radiusunun yarısıdır.