DÜNYA


Çində qasırğa 2 nəfərin ölümünə səbəb olub

Çinin Hebey vilayətində güclü qasırğa ən azı 2 nəfərin ölümünə, çoxlu sayda evin dağılmasına səbəb olub.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, 1,5 saat davam qasırğa Baodin şəhərində infrastruktura, kommunikasiya və elektrik xətlərində də ciddi ziyan vurub. Qasırğa özü ilə şiddətli yağışlar da gətirib ki, bu da əlavə problemlər yaradıb.