DÜNYA


Çində şiddətli yağışlar 21 nəfərin ölümünə səbəb olub

Çinin Hubey vilayətində şiddətli yağışların törətdiyi fəsadlar 21 nəfərin ölümünə, 4 nəfərin itkin düşməsinə səbəb olub.
AZƏRTAC vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, bir neçə gündür davam edən mövsüm yağışları daha çox Suycou, Sianyan və Siaoqon şəhərlərində dağıntı və tələfat törədib. Suyconunun Luilin qəsəbəsində 2700-dən çox ev zərər görüb, onlardan 221-i tamamilə yararsız hala düşüb. Bundan başqa, 725 elektrik və rabitə xətti dirəyi, 11,3 kilometr uzunluğunda avtomobil yolu, 63 körpü və yol ötürücüsü sıradan çıxıb.