DÜNYA


Türkiyədə sel fəlakətinin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir

Türkiyənin Qaradəniz bölgəsində yağan güclü yağışlar səbəbindən meydana gələn sel fəlakətinin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
AZƏRTAC hadisə yerindən xəbər verir ki, qardaş ölkənin Qızıl Aypara Cəmiyyəti, Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD), axtarış-xilasetmə briqadaları başda olmaqla bütün imkanları bölgədə səfərbər edilib. Fəlakət baş verən ərazilərdə çox sayda ev və iş yeri dağılıb və ya ciddi zərər görüb.