DÜNYA


Çində əhaliyə vurulan COVID-19 peyvəndinin sayı 2 milyard dozanı ötüb

Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinin gedişində əhaliyə vurulan peyvəndin sayı 2 milyard dozanı ötüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Çin əhaliyə vurulan peyvənd dozasının sayına görə dünyada birincidir.