SİYASƏT


Şəhid Vüsal Babayevin anım mərasimi keçirilib

Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə “Şəhidlər ölməz - Vətən bölünməz” tədbirlər silsiləsi çərçivəsində şəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr edilən anım mərasimi keçirilib.
Mərasimdə şəhid baş leytenant Vüsal Babayevin ailə üzvləri, döyüş yoldaşları, yaxınları, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.