SİYASƏT


Türkiyə Cümhuriyyətinin yaranmasının 98 illiyi qeyd olunub

Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü tamam olur. Bu münasibətlə Bakıdakı Şəhidlər Xiyabanında Türk Şəhidliyi abidəsinin önündə tədbir keçirilib. Tədbirdə Tükiyənin Azərbaycandakı səfiri Cahid Bağcı və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib. Şəhidlərin məzarı ziyarət olunub, ruhlarına dualar oxunub.