SİYASƏT


“Zəfər yarmarka”sında hərbi texnika nümayiş olunur

Zəfər günü ilə əlaqədar Dənizkənarı bulvar ərazisində keçirilən “Zəfər yarmarka”sında Azərbaycan Ordusunun silahlanmasında olan bir sıra silah, texnika və PUA nümunələri, eləcə də müxtəlif təminat növləri nümayiş etdirilir.
Tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim olunur.