SİYASƏT


ERE telekanalında Qarabağ münaqişəsinin başa çatmasına həsr edilmiş veriliş yayımlanıb

Fransanın ERE televiziya kanalında “Aktual mövzu” verilişində İkinci Qarabağ müharibəsinin başa çatmasının və üçtərəfli Bəyannamənin imzalanmasının 1-ci ildönümünə həsr olunmuş veriliş yayımlanıb.AZƏRTAC xəbər verir ki, verilişdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev və “Fransa Müsəlmanları” informasiya agentliyinin baş redaktoru Jan-Mişel Brun iştirak ediblər.