SİYASƏT


Ukrayna telekanalında 44 günlük Vətən müharibəsində qazandığımız qələbədən danışılıb

Azərbaycanın hərbi potensialının güclənməsi, Ordumuzun peşəkarlığının artırılması, xalqın Ali Baş Komandan, Prezident İlham Əliyev ətrafında “Dəmir yumruq” kimi birləşməsi 44 günlük Vətən müharibəsində qələbəmizin əsas səbəblərindən biri idi.AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bu ölkənin “Pryamoy” telekanalında “Həftənin anatomiyası” verilişinə müsahibəsində deyib.