SİYASƏT


DSX “Unutmayaq, unutdurmayaq” adlı estafeti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ötürdü

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, müqəddəs torpaqlarımızın işğaldan azad olunması uğrunda 44 günlük Vətən Müharibəsində qanlarını, canlarını Vətən naminə qurban vermiş şəhidlərin əziz xatirəsinə əbədi ehtiramın, müharibə iştirakçılarına, qazilərə minnətdarlığın ifadəsi olan “Unutmayaq, unutdurmayaq” adlı estafeti Dövlət Sərhəd Xidməti olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ötürür və bütün dövlət qurumlarını, təşkilatları bu çağırışa qoşulmağa dəvət edirik.