SİYASƏT


İstanbulda şanlı Zəfərimizin birinci ildönümü və Türkiyənin Respublika Günü münasibətilə tədbir keçirilib

Türkiyənin bir çox bölgələrində olduğu kimi, İstanbulda da Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfərin birinci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir. Bu çərçivədə İstanbulda şanlı Zəfərimizin birinci ildönümü və Türkiyənin Respublika Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB) tərəfindən təşkil olunub.