SİYASƏT


Azərbaycan Prezidenti: Biz sülh danışıqlarına başlamağa, sülh müqaviləsini imzalamağa hazırıq

Biz indi postmünaqişə dövründəyik. Ermənistana bir sıra təkliflər irəli sürmüşük ki, gəlin, sülh müqaviləsi üzərində işləməyə başlayaq. Çünki biz müharibə haqqında danışmaq yox, sülh haqqında, gələcək haqqında danışmaq fikrindəyik. Əfsuslar olsun ki, bu təklif hələ cavabını almayıb.AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı bildirib.