SİYASƏT


Mustafa Şəntop: Azərbaycan böyük fərasət və diqqətlə savaşın qalibi olub

Azərbaycanlı qardaşlarımızın xoşbəxtliyinə ortaq olmaqdan və bunu paylaşmaqdan qürur hissi və məmnuniyyət duyuram. Türkiyə olaraq dəstəkləməyi özümüzə vəzifə və məsuliyyət qəbul etdiyimiz Azərbaycan qazandığı Zəfərlə bərabər Qafqaza uzunmüddətli sülh gətirib.AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop qardaş ölkə parlamentində açılışı keçirilən böyük Qələbənin birinci ildönümünə, 8 Noyabr - Zəfər Gününə həsr olunmuş Azərbaycanın Vətən savaşında Zəfər Günü mövzusunda fotosərgisindəki çıxışında ifadə edib.