SİYASƏT


AZƏRTAC Pakistanın aparıcı media qurumları ilə əməkdaşlığı genişləndirəcək

AZƏRTAC Pakistanın aparıcı media qurumları ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.
Bununla bağlı məsələ AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun Azərbaycanda səfərdə olan Pakistan KİV-in rəhbərləri ilə görüşündə müzakirə olunub.
Qeyd edilib ki, dost və qardaş ölkə olan Azərbaycan və Pakistan bütün səviyyələrdə daim bir-birini dəstəkləyir.