SİYASƏT


Türkiyə Parlamentində “Azərbaycanın Vətən savaşında Zəfər Günü” fotosərgisinin açılışı olub

Türkiyə Böyük Millət Məclisində (TBMM) böyük Qələbənin birinci ildönümünə, 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Azərbaycanın Vətən savaşında Zəfər Günü” mövzusunda fotosərgisinin açılışı keçirilib.AZƏRTAC xəbər verir ki, Türkiyə Parlamenti və Azərbaycanın Ankaradakı səfirliyi tərəfindən birgə təşkil olunan sərginin açılışında deputatlar və diplomatlar, KİV təmsilçiləri iştirak ediblər.