SİYASƏT


“Şəhidlər ölməz – Vətən bölünməz!” silsiləsindən növbəti tədbir keçirilib

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədi ilə “Şəhidlər ölməz - Vətən bölünməz!” tədbirlər silsiləsi çərçivəsində növbəti anım mərasimi keçirilib.Vətən müharibəsi şəhidləri Nazim Kirxlarov və Ağamoğlan Kərimovun xatirəsinə həsr olunan anım mərasimində Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, dostları, döyüş yoldaşları iştirak ediblər.