SİYASƏT


VIII Bakı Qlobal Forumu çərçivəsində qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə dair müzakirələr aparılıb

Noyabrın 5-də VIII Bakı Qlobal Forumu çərçivəsində “Qlobal iqlim dəyişiklikləri ilə mübarizə və enerjiyə qlobal ehtiyacların qarşılanması. Hər iki məsələni eyni vaxtda necə həll etmək olar?” mövzusunda panel iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekutanın moderatorluğu ilə keçirilən panel iclasında Moldovanın keçmiş Baş naziri Kirill Qaburici hər kəsin öz öhdəliyini başa düşməli olduğunu deyib. O bildirib: “Biz gələcək nəsilləri düşünməliyik. Ekologiyanı indi daha çox düşünməliyik, eqoist yanaşmanı kənara qoymalıyıq. “Ətraf mühit bizim planlarımıza uyğunlaşmalıdır” deyə düşünmüşdük, indi isə vəziyyət əks istiqamətdə dəyişib”.