SİYASƏT


İstanbulda şanlı Zəfərimizin birinci ildönümü münasibətilə təntənəli bayram tədbiri keçirilib

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin birinci ildönümü münasibətilə İstanbulda təntənəli bayram tədbiri keçirilib.AZƏRTAC xəbər verir ki, ölkəmizin istanbuldaki Baş konsulluğu tərəfindən təşkil olunan tədbirdə Milli Məclisin deputatı Anar Məmmədov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Özgül Özkan Yavuz, İstanbul valisinin müavini Özlem Bozkurt Gevrek, İstanbulun müxtəlif rayonlarının bələdiyyə sədrləri, Azərbaycanın qardaş ölkədə fəaliyyət göstərən dövlət qurumlarının rəsmiləri, burada yaşayan və işləyən həmvətənlərimiz, Vətən müharibəsi qaziləri və digərləri iştirak ediblər.