SİYASƏT


Zəfər Günü münasibətilə Osloda parlament binasının qarşısında aksiya keçirilib

Norveçdəki Azərbaycan və türk diasporunun üzvləri Zəfər Gününün birinci ildönümü münasibətilə Oslonun mərkəzində yerləşən krallığın parlament binasının qarşısında “Böyük qayıdış” adlı aksiya keçirib.AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Norveçdə fəaliyyət göstərən “CAN” təşkilatı tərəfindən keçirilən aksiyaya bu ölkədə yaşayan azərbaycanlı və türklərlə yanaşı, Türkiyənin Norveçdəki səfirliyinin işçiləri də qatılıb.