MƏDƏNİYYƏT


Böyük sufi filosofu Seyid Yəhya Bakuvinin müridi Şeyx Yusifin dəfn olunduğu türbə

Orta əsrlərə aid Şeyx Yusif türbəsi Xaçmaz rayonunun Şıxlar kəndində yerləşir. Şeyx Yusif böyük sufi filosofu Seyid Yəhya Bakuvinin müridi və davamçısı olub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, türbədə o dövrün tanınmış dini-ictimai xadimi, filosof Şeyx Yusiflə yanaşı onun həyat yoldaşı, oğlu və müridlərinin qəbirləri də qorunub saxlanılır.