MƏDƏNİYYƏT


Müşfiqsevərlər Xızıda nakam şairin xatirəsini anıblar

Yanvarın 6-da Xızıda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin xatirəsi anılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nakam şairin ölümünün 84-cü ildönümünə həsr olunan mərasim rayonun Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında keçirilib.