MƏDƏNİYYƏT


Parisdə gənc rəssam Fərhad Fərzəlinin sərgisi açılıb

Parisdə “Galerie DİX9” qalereyasında gənc rəssam Fərhad Fərzəlinin “Tiger is tiger is a tiger is a tiger” adlı sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Çin təqvimində fevralın 1-də başlayan yeni ilin simvolik heyvanı, eləcə də Azərbaycan mədəniyyətində obrazlılığın rəmzi olan pələngin adını daşıyan sərginin açılışında UNESCO yanında daimi nümayəndəmiz, səfir Elman Abdullayev, daimi nümayəndəliyimizin diplomatları, yerli sənətsevərlər, media nümayəndələri iştirak ediblər.