MƏDƏNİYYƏT


Qarabağ-Şuşa milli üslubunu özündə əks etdirən gözoxşayan geyimlər - Bakı Milli Geyim Evindən videoreportaj

14 ildir fəaliyyət göstərən Bakı Milli Geyim Evi Azərbaycanın milli-mənəvi dəyəri olan geyimlərimizin hazırlanmasında, dünyada tanıdılmasında və təbliğində özünəməxsus rola malikdir. Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin hazırladığı kolleksiyada önəmli yer tutan geyimlərdən biri də Şuşa-Qarabağ geyimləridir. K.Vəlibəyli AZƏRTAC-a müsahibəsində “Şuşa İli”nə ithaf olunan yeni kolleksiya üzərində hazırlıqlar görüldüyünü söyləyib.