CƏMİYYƏT


Estoniyada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Azərbaycanın Estoniyadakı səfirliyində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Qazaxıstan, Moldova, Şimali Makedoniyanın Estoniyadakı səfirləri, Estoniya Parlamentində (Riigikoqu) Estoniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Sven Sester, Türkiyənin Estoniyadakı müvəqqəti işlər vəkili, Moldova, Türkiyə və Belarus səfirliklərinin digər əməkdaşları, Estoniyadakı Azərbaycan icmasının nümayəndələri, Estoniya ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.