MÜSAHİBƏ


Şamil Ayrım: Bugünkü gücümüzün ən başlıca səbəbi tarixi Zəfərə imza atan Azərbaycan dövlətidir

Azərbaycan tarixin ən qanlı hadisələrindən olan Xocalı faciəsinin dünya ölkələri tərəfindən məhz soyqırımı kimi qəbul edilməsi və bu qətliama beynəlxalq səviyyədə lazımi hüquqi qiymətin verilməsi istiqamətində daha sıx fəaliyyətlərə başlayıb. Bundan on il əvvəl də biz "Xocalıya ədalət!" deyirdik. Bununla bağlı Türkiyədə də tədbirlər, yürüşlər kifayət qədər keçirilib. Lakin o vaxt əlimiz bugünkü qədər qüvvətli deyildi. Bu gün biz daha güclüyük. Bugünkü gücümüzün ən başlıca səbəbi isə 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atan Azərbaycan dövlətidir. Gücümüzün əsas səbəblərindən biri də hər sahə üzrə yüksək səviyyədə yetişdirilmiş gənclərimizdir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım ifadə edib.