CƏMİYYƏT


Dörd yaşlı oğlumu da döymüşdülər... – Xocalı faciəsinin şahidi əsirlikdə baş verənlərdən danışdı

Gecənin zülmət qaranlığında atəş səslərini eşidib evdən çölə çıxdıq. Hamı ayaqyalın evlərini tərk edib qaçırdı. Məndə yoldaşımı və oğlumu götürüb meşəyə tərəf qaçdım. Oğlumun 4 yaşı var idi. Hər şey bir anda baş verdi və biz əsir düşdük...
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Xocalı faciəsinin canlı şahidlərindən olan və həmin gecə ermənilərə 4 yaşlı oğlu ilə birgə əsir düşmüş Nuriyət Məmmədov söyləyib.