MƏDƏNİYYƏT


Ağrım-uğrum tökülsün, Oda düşüb kül olsun...

Novruz bayramı dörd əsas çərşənbəni - Su, Od, Yel və Torpaq çərşənbələrini özündə birləşdirir. Bu gün ölkəmizdə ikinci, yəni Od çərşənbəsi qeyd olunur. Buna bəzən xalq arasında Ocaq çərşənbəsi də deyirlər.
AZƏRTAC xəbər verir ki, inanclara görə, Od çərşənbəsində qalanan böyük tonqal yazın gəlişini, havaların isinməsini göstərir. Od çərşənbəsində qazanlar qaynamalı, insanların süfrələri boş qalmamalıdır.