SİYASƏT


Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının xatirəsinə ehtiram məqsədilə anım mərasimləri keçirilib.Vətən müharibəsi şəhidləri Əfqan Nəsirov və Teymur Həsənovun xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları, Yasamal və Nəsimi rayonu İcra Hakimiyyətlərinin nümayəndələri, şəhidlərin ailə üzvləri, dostları, eləcə də döyüş yoldaşları iştirak ediblər.