DÜNYA


Filippində “Megi” qasırğası üç nəfərin ölümünə səbəb olub

Filippinin Şərqi Visayi əyalətində “Megi” tropik qasırğasından sonra baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində ən azı üç nəfər həlak olub.AZƏRTAC Filippin KİV-lərinə istinadla xəbər verir ki, regional polis idarəsinin məlumatına görə, təbii fəlakət nəticəsində, həmçinin altı nəfər itkin düşüb.