DÜNYA


Cənubi Afrikada daşqın: 45 nəfər ölüb

Cənubi Afrikada leysan yağışları sel və torpaq sürüşməsinə səbəb olub. KvaZulu-Natal ştatında ən azı 45 nəfərin öldüyü bildirilir. Çoxlu evlər, körpülər və yollar dağılıb, limanda gözləyən konteynerlər aşıb. Çox sayda avtomobilin də sel suları tərəfindən aparıldığı əyalətdə axtarış-xilasetmə işləri davam edir.