DÜNYA


Fransa prezident seçkilərinin ikinci turunda seçici fəallığı 2017-ci illə müqayisədə daha zəifdir

Fransada prezident seçkilərinin ikinci və həlledici turu davam edir.
AZƏRTAC xəbər verir ki, seçkilərin ikinci turunda “İrəli Respublika” partiyasının namizədi, hazırkı Prezident Emmanuel Makron və “Milli Birlik” partiyasının sədri Marin Lö-Pen növbəti 5 il müddətində ölkə prezidenti kürsüsü uğrunda mübarizə aparırlar. Ancaq fransız seçicilərin bəziləri birinci turun finalçılarından narazılıqlarını bildirirlər. Bəzi seçicilər daha optimist fikirlər irəli sürür, namizədlər arasında seçimlərini etdiklərini, ölkənin gələcəyini daha müsbət gördüklərini bildirsələr də, digərləri məhz bu iki namizəd arasında seçim etmək məcburiyyətində qalmalarından narazıdırlar.