SİYASƏT


Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan idman yarışı keçirilib

Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan idman yarışı keçirilib.Mərasimdə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.