MÜSAHİBƏ


Georgi Marqvelaşvili: Qlobal Bakı Forumu açıq dialoq, fikir mübadiləsi üçün imkanlar yaradan platformadır

Pandemiya səbəbindən forumlar onlayn keçirilirdi. Müzakirələrin əsas mövzuları COVID-19 pandemiyası və bəşəriyyətin bu çətin vaxtda görməli olduğu tədbirlər idi. Lakin indi biz postpandemiya mərhələsindəyik. Hazırda dünyada daha təhlükəli yeni reallıq mövcuddur. Bu, bütün regionumuza təsirini göstərən Rusiya-Ukrayna müharibəsidir.AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində IX Qlobal Bakı Forumunun iştirakçısı, Gürcüstanın sabiq Prezidenti Georgi Marqvelaşvili bildirib.