DÜNYA


Seçki kampaniyası tədbirində tovuzquşu surprizi

İspaniyanın Əndəlüs vilayətində regional seçkilər ərəfəsində "Por Andalucia" solçu koalisiyasının mitinqində maraqlı hadisə yaşanıb. Belə ki, Əndəlüsdəki Más País-in prezidenti Esperanza Qomezin çıxışı zamanı qəfildən səhnəyə tovuz quşu çıxıb, sakitcə kürsü qarşısından keçib və orada olanların hamısının gülüşünə səbəb olub.